Xəzər Xəbər

Tbilisidə anti-terror əməliyyatı davam edir, yaralılar var - VİDEO

Veb TV | 13:35 • 22 Noyabr 2017
Tbilisidə anti-terror əməliyyatı davam edir,

Tbilisinin İsani-Samqor rayonunda keçirilən antiterror əməliyyatı zamanı binadan təhlükəsizlik əməkdaşlarına atəş açan şəxs saxlanılıb.

Şübhəli şəxsin kimliyi haqqqında məlumat gizli saxlanılıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi məlumatına görə, terror törətməkdə şübhəli bilinən şəxs Gürcüstan vətəndaşı deyil:

"Hazırda onun kimliyini açıqlamaq istəmirik. Onu deyə bilərik ki, həmin şəxs Gürcüstan vətəndaşı deyil. Xarici terror qruplaşmalarından birinin üzvüdür."

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan atışmada yaralanan xüsusi təyinatlı xəstəxanaya yerləşdirilib.

Ölən və yaralananlar haqqında dəqiq məlumat verilmir.

Hazırda İsani-Samqor rayonuna zirehli texnika gətirilir. Ərazi hələ də mühasirədə saxlanılır. Xüsusi təyinatlılar terrorçuların gizləndikləri 9 mərtəbəli binanı partladacığından şübhələnirlər./Publika.az


Xəbər lenti