Xəzər Xəbər

Azarkeşlərdən `Lion`un kapitanına möhtəşəm dəstək VİDEO

Veb TV | 16:25 • 20 Noyabr 2017
Azarkeşlərdən `Lion`un kapitanına möhtəşəm dəstək
Fransa Futbol Liqasının 13-cü turunda "Monpele"ni qəbul edən "Lion" klubunun azarkeşləri cəza aldığı üçün kənarda qalan kapitan Nəbil Fakerə dəstək nümayiş etdiriblər. Belə ki, azarkeşlər kapitanın formasını əllərinə saxlayaraq onunla birgə olduqlarını göstəriblər.

Ötən tur "Sent-Etyen" qarşı oyunda hesabı 5:0 etdikdən sonra öz köynəyini çıxararaq onu azarkeşlərə göstərən Fakerin bu addımı yerli tribunanı ayağa qaldırmışdı.Əsəbləri tarıma çəkilən azarkeşlər meydana daxil olsa da, "Lion" futbolçuları soyunub-geyinmə otağına qaçıblar. Daha sonra oyun başa çatıb, Nəbil Faker isə bir neçə oyunluq cəzalandırılıb. /faktxəbər

Xəbər lenti

Çox oxunanlar