Xəzər Xəbər

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - VİDEO

Veb TV | 18:53 • 18 Noyabr 2017
Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib -

Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.

ndıılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə ndıq Festivalı keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib.

Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar.

Fındıq Festivalı konsert proqramı ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar