Xəzər Xəbər

"Bakı prosesi" bəşəri platformadır - VİDEO

Veb TV | 18:54 • 18 Noyabr 2017
"Bakı prosesi" bəşəri platformadır -

Prezident İlham Əliyev ''Bakı prosesi''nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, dünyada dinlərarası, sivilizasiyalararası münaqişələrin hökm sürdüyü bir dövrdə Azərbaycan sözün əsl mənasında sülh və həmrəylik mərkəzinə çevrilib. Azərbaycan hər kəsin tolerant və multikultural bir mərkəz kimi qəbul etdiyi dövlət statusunu qazanıb. "Bakı prosesi" təşəbbüsünün müəllifi də Prezident İlham Əliyev olub. Belə ki, 2008-ci ilin ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında İslam və Qərb dünyasının ictimai xadimləri, dövlət rəsmiləri bir araya gələrək bəşəriyyəti bürüyən problemləri müzakirə ediblər. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq naminə Bakı bəyannaməsi" qəbul edilib. Elə həmin ildən etibarən beynəlxalq konfranslar ənənə halını almağa başlayıb və bir növ davamlı prosesə çevrilib. Beləcə "Bakı prosesi"nin əsası qoyulub.

"Bakı prosesi" artıq bir məsuliyyətə çevrilib. Elə bir məsuliyyətə ki, artıq 10 ildir ki, davam edir və bu, dövlət siyasətinə çevrilib.

Bakıda keçirilən beynəlxalq tədbirlər mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayri-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. Dünyada islamofobiya, irqçilik meyllərinin gücləndiyi bir dövrdə Azərbaycan İslamın sülh dini olduğunu dünyaya sübut etməyi bacarıb. Azərbaycan bununla da İslam dünyasında böyük nüfuz qazana bilib.

İstər Avropa ölkələrinə, istərsə də İslam dünyasına bəşəri dəyərlərin təbliği "Bakı prosesi"nin tərkib hissəsidir. Bu isə özlüyündə Azərbaycanın, paytaxt Bakının multikultural mərkəzə çevrildiyini bir daha sübüt edir.

Aparıcı beynəlxalq təşkilatların Azərbaycana etimad göstərməsi, mötəbər tədbirlərin bu cografi məkanda keçirilməsinə razılıq verilməsi "Bakı prosesi"nin dünyaya verdiyi töhfələrin qlobal miqyasda etiraf edilməsi kimi də qəbul etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti