Xəzər Xəbər

Şamaxı sakini ögey övladı tərəfindən qətlə yetirilib - VİDEO

Veb TV | 20:40 • 14 Noyabr 2017
Şamaxı sakini ögey övladı tərəfindən qətlə yetirilib -

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, oğul atasının digər arvadını qətlə yetirib.

Hadisə ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki mənzillərdən birində baş verib. Həmin ünvanda yaşayan 57 yaşlı Badam Bağırova öldürülüb. Hadisəni bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, 60 yaşlı Rəhim Bağırovun törətdiyi müəyyənləşib. Qadın amansızlıqla qətlə yetirildikdən sonra meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qətlin izinin itirilməsi məqsədilə quyuya daş, torpaq və ağac qırıntıları tökülüb.

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Məlumata görə, Hacı Bağırovun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, Rəhim Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti