Xəzər Xəbər

Yaponiyada uçuşa hazırlaşan F-4 qırıcısı alovlanıb VİDEO

Veb TV | 12:19 • 18 Oktyabr 2017
Yaponiyada uçuşa hazırlaşan F-4 qırıcısı alovlanıb

İbaraki prefekturasının Xyakuri aviabazasında uçuşa hazırlaşan Yaponiya HHQ-nin F-4 qırıcısı alovlanıb.

Bu barədə NHK telekanalı xəbər yayıb. Bildirilir ki, təyyarənin hər iki pilotu kiçik zədələrlə xilas ola bilib.

Yanğın uçuş üçün sürət yığan təyyarənin şassilərinin birinin partlaması nəticəsində baş verib. Alovu ancaq 20 dəqiqədən sonra söndürmək mümkün olub./faktxəbər

Xəbər lenti