Xəzər Xəbər

İnsanlara hücum edən ayı öldürüldü – VİDEO

Veb TV | 13:29 • 16 Oktyabr 2017
İnsanlara hücum edən ayı öldürüldü –

Rusiyanın Voronej vilayətində ayının insanlara hücum çəkməsi faciə ilə başa çatıb.

Oxu.Az1tv.ru-ya istinadən xəbər verir ki, hadisə yaşayış ərazisində baş verib. Nəhəng ayı saxlanıldığı özəl zooparkdan qaçaraq, yaşlı kişiyə və sahibinə hücum çəkib. 87 yaşlı Böyük Vətən müharibəsi veteranı hücum nəticəsində dünyasını dəyişib, ayının sahibi isə ağır yaralanıb. Hadisə yerinə gələn polislər 300 kq-lıq heyvanı 9 dəfə atəş açdıqdan sonra dayandıra bilib.

Qonşuların sözlərinə görə, bu həmin zooparkda baş verən ilk belə hadisə deyil.

Xəbər lenti