Xəzər Xəbər

İki qonşu əlbir olub neft kəmərinə göz dikiblər VİDEO

Veb TV | 20:52 • 13 Oktyabr 2017
İki qonşu əlbir olub neft kəmərinə göz dikiblər

Abşeron polisi neft kəmərindən oğurluq edən şəxsləri ifşa edib. Məlum olub ki, iki qonşu kəmərdən qanunsuz yolla əldə etdikləri nefti satıblar.

İki qonşu əlbir olub neft kəmərinə göz dikiblər. Onlar Balaxanı-Məmmədli neft kəmərinə müdaxilə edərək oradan neft oğurlayıblar.

Bu barədə polis məlumat daxil olan kimi Mehdiabad Polis Bölməsinin əməkdaşları dərhal əməliyyata başlayıb. Əməliyyat tədbirləri nəticəsində strateji obyekt sayılan dametri 120 santimetr olan Balaxanı-Məmmədli neft kəmərinə müdaxilə edərək oradan neft oğurlayan Digah qəsəbə sakinləri Rasim Şükürov və Adil Hacıyev saxlanılıb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. Saxlanılan Adil Hacıyevin sözlərinə görə, ərazinidən neft borusunun keçdiyini əvvəldən biliblər.Buna görə də oradan oğurluq etmək qərarına gəliblər.

Rasim Şükürovun sözlərinə görə, dövlətə məxsus neftin 200 litrini borudan çıxararaq 40 manata satıblar. Ikinci dəfə bu yolla pul qazanmaq istəyərkən polis onların planlarını alt üst edib.

Faktla Bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.


Xəbər lenti