Xəzər Xəbər

Taksi dayanacağında başqa maşınlar park edilir VİDEO

Veb TV | 20:53 • 8 Oktyabr 2017
Taksi dayanacağında başqa maşınlar park edilir

Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxda yeni taksi və avtobus dayanacaqlarının istifadəyə verilməsi ilə bağlı xəbər vermişdik. Düzdür həmin dayanacaqlar hazırda fəaliyyət göstərir. Amma hansı nəqliyyat vasitələrinə? Avtobus dayanacağında minik avtomobili, taksi dayanacağinda isə yük maşını park edilib.

Taksilər üçün dayanacağda bu işlə məşğul olmayan şəxslər avtomobillərini park ediblər.

Görüntülər paytaxtın Yasamal rayonu Şərifzadə küçəsindəndir. Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xüsusən də pik saatlarında sıxlığı aradan qaldırmaq məqsədi ilə metronun ''İnşaatçılar'' stansiyası yaxınlığında taksilər üçün dayanacaq hazırlayıb. Təxminən 15-ə qədər taksinin saxlamasına şərait yaradılsa da görünən odur ki, burda cəmi 4-5 taksi dayana bilir. Səbəb bu işlə məşğul olmayan şəxslərin avtomobillərini park edib getməsidir.

Avtomobillərini qanunsuz yerdə park edən həmin sürücülərə yaxınlaşdıq. Çoxu həmin ərazinin taksilər üçün olduğundan xəbərsiz olduğunu dedilər. Halbuki, yerdə hər iki tərəfdən böyük sarı həriflərlə ''taksi'' sözü də yazılıb.

Özünü ərazidə avtomobillərə nəzarət edən kimi qələmə verən bu şəxs isə digər sürücülərə qanunsuz olaraq avtomobillərini taksi dayanacağında saxlamağa göstəriş verir. Ona yaxılaşdığımızı görəndə isə qaçıb aradan çıxdı. Taksilərin yerində avtomobilini park edən sürücü isə qayda pozmadığını iddia edir.

Çəkiliş aprdığımızı görən yol polisi isə həmin əraziyə gələrək avtomobilini park etmək istəyən sürücülərə məsələni izzah etdikdən sonra ordan kənarlaşdırdı.

bənzər vəziyyət Şərifzadə küçəsində 3 saylı ''ASAN'' xidmətin qarşısında da yaşanır. Burda da Bakı Nəqliyyat Agentliyi həm sıxlığın qarşısını almaq, həm də piyadaların təhlükəsizliyi üçün parklanma yerini ləğv edərək 30 metr uzunluğunda avtobus dayanacağ məntqəsi təşkil edib. Amma görünən odur ki, həmin yerin adı avtobusundur. ''ASAN'' xidmətə gələn şəxslər minik maşınlarını orda park etdiyindən sərnişinlər məcbur qalıb, həyatlaarını təhlükəyə ataraq yolun hərəkət hissəsinə çıxıb avtobus gözləyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, həm avtobus, həm də taksilərin dayanacağında qanunsuz avtomobil park edən sürücülərə qarşı mütəmadi reydlər keçirilir. Əgər belə hal həmin yerdə təkrar olarsa sürücülər 40 manat məbləğində cərimə ediləcəklər.


Xəbər lenti