Xəzər Xəbər

Yevlaxda QƏZA: Piyada xəstəxanada öldü - VİDEO

Veb TV | 20:31 • 8 Oktyabr 2017
Yevlaxda QƏZA:

Yevlaxda avtomobil tərəfindən vurulmuş qadın xəstəxanada dünyasını dəyişib.

Hadisə oktyabrın 2-də axşam saatlarında rayonun Aran qəsəbəsində baş verib.

Həmin ərazidə yolu keçmək istəyən 1959-cu il təvəllüdlü qəsəbə sakini Zöhrə Əliyeva "VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Hadisə zamanı ağır xəsarətlər almış yaşlı qadının boynunun iki fəqərə sümüyü sınıb. Əslən Ağcabədi rayonundan olan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti

Çox oxunanlar