Xəzər Xəbər

Uşağını başqa məktəbə köçürə bilmir VİDEO

Veb TV | 20:53 • 24 Sentyabr 2017
Uşağını başqa məktəbə köçürə bilmir

Gəncə sakini övladını yeni məktəbə köçürmək istəyir. Ancaq oxuduğu məktəbdən sənədləri ala bilmədiyindən proses ləngiyir. Məktəbdən isə bildirirlər ki, ləngimə ancaq təlimatla əlaqədardır.

Gəncədə məskunlaşan kəlbəcərli məcburi köçkün Ceyhun Alıyev bu il birinci sinifə gedən qızı Sənəmi internat tipli məktəbə qoyub. Eyni zamanda hazırda 29 nömrəli məktəbin 4-cü sinfində oxuyan böyük qızı Aygünü də həmin məktəbə köçürmək istəyir. Ancaq sənədlərini almaqda çətinlik çəkir.

Valideyn narahatdır ki, sənədlərin yeni məktəbə vaxtında təqdim edilməməsi qeydiyyatla bağlı problem yarada bilər.

29 nömrəli məktəbin direktoru Valeh Hüseynov isə deyir ki, sənədlərin verilməsi cəmi bir həftə gecikir. Bu isə tamamilə qanunauyğundur. Belə ki, məktəblər arasında şagirdlərin yerdəyişməsi üçün elan edilmiş vaxt sentyabrın 20-də başa çatıb. Qeydiyyat və dəqiqşləşdirmə işləri başa çatdıqdan sonra oktyabrın 1-də yenidən köçürmələr mümkün olacaq. Ceyhun Alıyev də qızının sənədlərini oktyabrın 1-də ala biləcək.


Xəbər lenti

Çox oxunanlar