Xəzər Xəbər

Goranboyda usta yanıq xəsarəti alıb VİDEO

Veb TV | 20:17 • 24 Sentyabr 2017
Goranboyda usta yanıq xəsarəti alıb
Goranboy rayonun da bir nəfərin yanıq xəsarəti alması faktı qeydə alınıb.

Rayonun Hacıəhmədli kənd sakini 30 yaşlı Zamiq Qəhrəmanov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Müayinə zamanı ona kürək və sağ dirsək oynağının termiki yanıq diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərilən Zamiq Qəhrəmanovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilir.

Verilən məlumata görə Zamiq Qəhrəmanov evində dəmir qaynağı edərkən aparatın partlaması zamanı yanıq xəsarəti alıb.

Xəbər lenti