Xəzər Xəbər

Maşın vurdu: Xəstəxanada öldü - VİDEO

Veb TV | 20:13 • 24 Sentyabr 2017
Maşın vurdu:

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hadisə Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Avtomobil yolu keçən Nəvahi kənd sakini, 44 yaşlı Bünyat Xanəliyevi vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti