Xəzər Xəbər

Məscid və şadlıq sarayından oğurluq edənlər tutuldu - VİDEO

Veb TV | 19:39 • 22 Sentyabr 2017
Məscid və şadlıq sarayından oğurluq edənlər tutuldu -

Şadlıq saraylarına qonaq kimi gələrək mobil telefonları oğurlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt sakini Elman Ələkbərovun ogurlugu şadlıq evlərindəki təhlükəsizlik kamerasına düşüb.

Şəhər polisi də onu bu görüntülər vasitəsi ilə yaxalayıb.

Elman Ələkbərovun bu vasitə ilə 11 telefon oğurladığı məlum olub.

Elman Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini satsa da digər cihazlar onun yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Hacıqabulda isə məsciddən oğurluq edən şəxs tutulub. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 39 yaşlı Sirac Cahangirov saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,161 qram heroin də aşkar edilərək götürülüb. Oğurlanan əşyalar -ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitafon maddi sübut kimi götürlərək istintaq işinə əlavə edilib.

Abşeron rayon Mehdiabad qəsəbəsində isə mənzil qarət edilib. Hadisə ötən gün günorta saatlarında Elnur Abdiyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Ev sahibi Elnur Abdiyev həyat yoldaşıyla evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər evə daxil olaraq ordan 1100 manat pul, qızıl zinət və məişət əşyalarını oğurlayıblar. Zərərçəkmişin sözlərinə görə, ona təxminən 4500 manata yaxın ziyan dəyib.

Hadisə yerinə gələn polis əməliyyat-axtarış tədbirlərinı davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar