Xəzər Xəbər

Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib - VİDEO

Veb TV | 19:31 • 22 Sentyabr 2017
Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib -

Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Yasamal rayonu Şərifzadə küçəsi 1 ünvanında baş verib. Məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın 3 cü mərtəbəsində yanğın olub. Hadisəni görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə rayon yanğından mühafizə bölməsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Binanın sakini Sahil Behbudov deyir ki, yanğını görən kimi binadan yaşlı şəxsləri çıxarmağa çalışıblar.

Yataqxanada yaşayanların evakuasiyasında Çevik Polis Alayının bir ekipajı da iştirak edib. Bina sakinləri bildiriblər ki, zərərçəkmişlərə kömək edən zaman polis əməkdaşlarından biri tüstüdən zəhərlənib. Polis əməkdaşının zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılmasını hadisə yerində olan Yasmal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev də təsdiqləyib.

Xəsarət alan polis serjantı Tural Əliyevin vəziyyəti hazırda normaldır. Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi Rəşad Nəsirov isə bildirib ki, baş verən yanğının qarşısı qısa zamanda alındığından sakinlər arasında xəsarət alan olmayıb.

Yanğın hadisəsinin elektrik naqillərində baş vermiş qısaqapanma nəticəyində başlaması etimal olunur. Faktla əlaqədar başlanan araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti