Xəzər Xəbər

Mağaza və psixoloji mərkəzdən oğurluq edən şəxslər tutulub - VİDEO

Veb TV | 19:33 • 20 Sentyabr 2017
Mağaza və psixoloji mərkəzdən oğurluq edən şəxslər tutulub -

Mağaza və psixoloji mərkəzdən oğurluq edən şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində bu ilin iyul ayının 27-də rayon ərazisindəki oyuncaq satışı mağazalarından birindən 41 manat pul və 1000 manat dəyərində oyuncaq oğurlamaqda şübhəli bilinən 23 yaşlı Vurğun Həsənov və 18 yaşlı Orxan Hacıyevi saxlayıb.

Saxlanılan şəxslər dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. Avtoyuma məntəqəsində işləyən Vurğun Həsənov oğurluq təklifinin Orxan tərəfindən gəldiyini bildirib.

Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar həmin mağazadan bundan əvvəl də oğurluq ediblər.

Amma polis müəyyən edib ki, onlar oğurluq yolla əldə etdikləri oyuncaqları satıb, pulu da bölüblər. Dəstə üzvlərinini eyni zamanda bu ilin avqust ayının 7-də Xırdalan şəhərində yerləşən Saf Psixoloji Mərkəzindən bir ədəd 600 manat dəyərində kompüter və ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefon oğurlamaları da təsdiqini tapıb.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. Polis saxlanılan şəxslərin oxşar cinayətlərdə iştiraklarını istisna etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar