Xəzər Xəbər

Almaniya çempionatında qaydalara zidd qol vurulub - VİDEO

Veb TV | 14:15 • 18 Sentyabr 2017
Almaniya çempionatında qaydalara zidd qol vurulub -

Futbol üzrə Almaniya çempionatının III Divizionunda VII tur çərçivəsində keçirilmiş "Karl Tseynss” – "Meppen” görüşündə "Fair Play” qaydalarına zidd olan qol vurulub.

"Report” xəbər verir ki, matçın 57-ci dəqiqəsində 2:0 hesabı ilə öndə olan qonaqların futbolçusu Martin Vaqner meydan sahiblərindən Yulian Şmidt zədələnərək yerdə qaldığı üçün topu saxlayıb. Lakin həmin vaxt "Karl Tseyss”in hücumçusu Soren Eysman topu götürərək, irəliləyib vərəqib qapısıdan keçirib.

"Meppen”nin məşqçilər korpusunun və futbolçularının etirazına baxmayaraq, baş hakim qolu qeydə alıb. Üstəlik, Eysman 82-ci dəqiqədə "dubl" edərək,hesabı bərabərləşdirməyə də müvəffəq olub - 2:2.

Qeyd edək ki, 8 turdan sonra "Karl Tseyss” 6 xalla sonuncu yerdədir. "Meppen” isə 9 xalla 10-cudur.

Xəbər lenti