Xəzər Xəbər

Bu yol sürücüləri çaş-baş salır - Həm qırıq xətt var, həm də ötmə qadağandır nişanı - VİDEO

Veb TV | 20:52 • 12 Sentyabr 2017
Bu yol sürücüləri çaş-baş salır -

Yolda avtomobillərin ötməsini bildirən xətlər olsa da, digər tərəfdən ötmə qadağandır nişanı qoyulub. Mövcud vəziyyət Cəlilabad rayonunun mərkəzi prospektindədir. 4 zolaqlı iki hərkət istiqamətli yol bir müddət əvvəl yenicə əsaslı təmir olunduqdan sonra burada eyni vaxtda bir istiqamətdə iki nəqliyyat vastəsinin hərkət etməsi üçün yol zolaqları çəkilib.Lakin yol kənarında bunun tam əksini göstərən yol nişanının "Ötmə qadağandır" nişanın olması sürücüləri çaş baş salır.Bir müddət öncə sözügedən yolda sağdakı avtomobili ötən rayon sakini Əbülfət Həsənovun övladına da yol polisi məhz bu məsləyə görə cərimə protokolu tərtib edib.

Əbülfət Həsənov iddia edir ki, burada yola çəkilmiş hərəkət zolaqlarını bildirən xəttlə yol nişanı bir-birinin tam əksidir.

Sözügedən yolda hərəkət edən digər sürücülər də mövcud vəziyyətin onları çaş -baş saldığını etiraf edirlər.

Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev "Xəzər Xəbər"ə bildirildi ki, həmin yolda nişanın tələbi qüvvədədir. Ona görə də xəttlər qırıq olsa belə ötmək qadağandır.



Xəbər lenti

Çox oxunanlar