Xəzər Xəbər

BAKIDA MÖCÜZƏ: 7-ci mərtəbədən yerə yıxılan körpə sağ qaldı - VİDEO

Veb TV | 20:49 • 4 Sentyabr 2017
BAKIDA MÖCÜZƏ:

Bakıda uşaq 7-ci mərtəbədən yıxılıb. Həkimlərin sözlərinə görə, o möcüzə nəticəsində sağ qalıb. Əməkdaşlarımız uşağın vəziyyəti ilə maraqlanmaq üçün 1 saylıq şəhər kliniki xəstəxanasına yollanıblar. Təfərrütları təqdim edirik.

7-ci mərtəbədən yerə yıxılan körpə sağ qaldı. Hadisə Nərimanov rayonu, Əlyar Əliyev küçəsində baş verib. 4 yaşlı Kənan Əliyev binanın 7-ci mərtəbəsində yerləşən evlərinin pəncərəsindən yerə yıxılıb.

Saytlar uşağın, peyk antenasının daha sonra isə ikinci mərtəbədə yerləşən antenanın üzərinə düşdüyünü yazsalar da, əslində körpənin həyatını ağac xilas edib. Atası Nəsiyət Əliyev və bibilərinin sözlərinə görə pəncərədə ağcaqanad əlehinə tor olub. Kənan, pəncərədən boylanarkən, tor qarışıq yıxılıb. Həyətdəki ağacın üzərinə düşən uşaq, xoşbəxtlikdən sağ qalıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılan uşaq, hazırda reanimasiyadadır. Kəllə-beyin travması almayan uşağın çanaq sümüyü qırılıb, nəfəs almasında problem yaranıb. Hazırda Kənanın huşu üzünə gəlib. O, ailəsi ilə söhbət də edir.

Qeyd edək ki, son vaxtlar valideyn diqqətsizliyi səbəbindən tez tez belə hadisələr baş verir.


Xəbər lenti

Çox oxunanlar