Xəzər Xəbər

Çinlinin qulağından diri kərtənkələ çıxdı VİDEO

Veb TV | 17:52 • 21 Avqust 2017
Çinlinin qulağından diri kərtənkələ çıxdı

Çinin Quançjou əyalətinin sakininin qulağından diri kərtənkələ çıxarılıb, bu barədə Daily Mail agentliyi  xəbər verir.

Kişinin sözlərinə əsasən, onu qulağındakı xoşagəlməz hiss oyadıb. O, hiss edib ki, başının içində nəsə sürünür. Ona görə də, düşünüb ki, yatarkən qulağına tarakan girib.

Lakin həkim müayinəsi zamanı xarici qulaq keçidində canlı gekkon aşkar edilib. Həkim kərtənkələni maqqaşla tutmağa çalışanda, o, qaçmağa başlayıb. Heyvanı hərəkətsizləşdirmək üçünhəkim sakitləşdirici vasitəyə əl atmalı olub.


Xəbər lenti