Xəzər Xəbər

Tələbələrin köçürülməsi prosesi davam edir VİDEO

Veb TV | 20:54 • 8 Avqust 2017
Tələbələrin köçürülməsi prosesi davam edir

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbulu davam edir. Sənəd qəbulu avqustun 15-nə qədər olacaq. İmtahan nəticəsinə görə hər bir tələbə ixtisasına uyğun fakultəsini , həmçinin oxuduğu ali təhsil müəssiəsini istədiyi başqa bir universitetə dəyişə bilər.

İyulun 17-dən indiyə qədər 3000-ə yaxın tələbə transfer.edu.az portalı vasitəsilə orta ixtisas və ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət edib.Yeni yaradılan elektron sistem vasitəsi ilə tələbələr sənədlərini onlayn qaydada sayta yerləşdirərək ixtisaslarına uyğun istədikləri universitetdə təhsillərini davam etdirə bilər. Əsas şərt budur ki, tələbənin qəbul imtahanında topladığı bal seçəcəyi universitetin ixtisasının balından yüksək olmalıdır.

Yeni yaradılan sistemin köməkliyi ilə həmçinin xaricdə təhsil alan tələbələr də həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə köçürülə bilər. Yalnız xarici ali təhsil müəssisələrində qiyabi təhsil alanların Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə icazə verilmir. Yerdə qalan tələbələrin istədikləri ixtisaslara say məhdudiyyəti tətbiq edilməyəcək.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov təfəkkür universitetinin tələbələrinin köçürülməsinə də münasibət bildirib. Sektor müdirinin sözlərinə görə adı çəkilən universitetin tələbələri də digər universitetlərin tələbələri kimi elektron qaydada qeydiyyatdan keçərək ballarına uyğun olan ixtisasları seçə bilərlər. Portal 15 avqust tarixinə qədər fəaliyyət göstərəcək.

Xəbər lenti