Xəzər Xəbər

Oğrular tutuldu VİDEO

Veb TV | 20:19 • 14 İyul 2017
Oğrular tutuldu

Sabirabadda mal qara oğurlayan şəxslər saxlanılıb.Ümumilikdə vətəndaşlara 25 min manata yaxın zərər vuran İlyas Bədəlov və Ramil Cəfərov qohumları rayon ərazisindən 20-dən çox iri buynuzlu mal qara oğurlayiblar.

Mal-qaraya qənim kəsilən oğrular tutulub.Sabirabad rayonun Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədovun 2 baş inəyini oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Ramil Cəfərov şübhəli şəxs qismində saxlanılıblar.Araşdırma zamanı məlum olub ki, onlar Sabirabad və ətraf rayonların ərazilərində ümumilikdə 20-yə yaxın iri buynuzlu mal-qaranı oğurlayaraq satıblar.Onlar oğurladıqları mal-heyvanların bir qismini bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər.Heyvanların qalan hissəsi isə İlyas Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilib.Araşdırma zamanı məlum olub ki, dəstə üzvlərinin ümumilikdə təssərrüfat sahiblərinə 25 min manata yaxın maddi ziyan vurublar.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti