Xəzər Xəbər

Həkimlər xəbərdarlıq edir: Körpə uşağın saçını ülgüclə kəsmək olmaz - VİDEO

Veb TV | 20:58 • 2 İyul 2017
Həkimlər xəbərdarlıq edir:

Bəzən uşaq anadan olandan 40 gün sonra bəzən də körpənin 1 yaşı tamam olanda onun saçlarını kəsdirirlər. Qəribəsi odur ki, bəzi analar bunu ev şəraitində edir. Özü də ülgüclə. Bəs görəsən bu nə dərəcədə düzgündür?

Yay tətili və isti havalar uşaq bərbərlərinin də işini artırır. Valideynlərin əksəriyyəti övladlarını bərbərxanalara və ya gözəllik salonlarına gətirərək saçlarını kəsdirirlər.

Ancaq əvvəllər olduğu kimi bu işi ev şəraitində özü görənər də var. Özü də ülgüc vasitəsi ilə. Xüsusilə də yenidoğulan körpənin 1 yaşı tamam olanda onun saçlarını ülgüclə təmizləyirlər. Hətta bir yaşını gözləməyənlər də var. Əslində isə bu adət uşağın baş dərisi üçün təhlükəli sayılır.

Həkim dermatokosmetoloqlar da bu prosesin ev şəraitində həyata keçirilməsinin əleyhinədirlər. Uşaqların zərif dərilərini zədələməməkçün tövsiyyə olunur ki, bu iş peşəkarlara həvalə olunsun.

Hətta uşağın kəsilmiş saçını kağıza büküb atasının və ya dayısının cibinə qoyanlar, buna ruzi bərəkət mənası verənlər var. Digər tərəfdənsə iddia edilir ki, ülgüclə təmizlənən başa gur saçlar çıxar.

Deməli körpələri saçları gurlaşsın deyə təhlükəyə atmaq olmaz. Elə pediatrlar da bu üsulu düzgün hesb etmirlər. Ülgüc vasitəsilə uşaqların dərisinə müxtəlif infeksiyaların keçə bilməsi ehtimalları da var. Hərhalda valideynlər belə həssas məsələlərə qarşı daha diqqətli olmalıdırlar.


Xəbər lenti