Xəzər Xəbər

Masallıda 77 ev çökdü, bir neçə ailə köçürüldü VİDEO

Veb TV | 20:52 • 26 May 2017
Masallıda 77 ev çökdü, bir neçə ailə köçürüldü

Masallıda son günlər bir neçə yaşayış evində çatlar və çökmələr əmələ gəlib. Evlərdə təhlükəli vəziyyət yarandığından birneçə ailə evi tərk edib. Hazırda Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində 77 yaşayış evində təhlükə qalmaqdadır. Həmin evlərdən 35 -i tam qəzalı vəziyyətə düşüb.

Bir neçə il əvvəl divarlarında çatlar əmələ gəlmiş evlərdə vəziyyət daha da pisləşib.

Masallı rayonunun üç kəndində Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında çatlar genişlənib. Bəzi evlərdə yaşamaq təhlükəli olduğundan sakinlər bir neçə gündür ki, qohumlarının evlərində məskunlaşıblar.

Masallının Əzizabad kəndində də eyni vəziyyət höküm sürür.

Hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.Evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı Masallı rayon İcra Hakimiyyətindən bildirib ki, evlərdə 2014-ci ildən çatlar əmələ gəlib.

Torpaq qatlarından götürülən nümunələr tədqiq edildikdən sonra baş verən çatların səbəbi məlum olacaq.



Xəbər lenti