Xəzər Xəbər

Təpəgöz keçiyə sitayiş edənlər - VİDEO

Veb TV | 14:59 • 18 May 2017
Təpəgöz keçiyə

Hindistanın Assam kəndində doğulan təpəgöz keçi kənd əhalisinin sitayiş hədəfinə çevrilib.

Baytarlar anomal doğulmuş keçinin çox yaşamayacağını deyirdilər. Amma çəpiş bütün gümanların alt-üst edərək yaşayıb, hələ üstəlik digər çəpişlərə qoşulub ora-bura qaçır.

Təpəgözün sahibi Muxuri Das bunun ilahi əlamət olduğunu deyir. Elə qonşular da tez-tez bu evə gəlib nəzir-niyaz gətirirlər. Çoxları isə sadəcə tamaşa etmək üçün bura təşrif buyurur.

Qeyd edək ki, hindlərdə heyvanlara inanc geniş yayılıb./publika.az


Xəbər lenti