Xəzər Xəbər

“Facebook” istifadəçilərə yoxa çıxan mesajların skrinşotları barədə xəbərdarlıq edəcək

Texnologiya | 10:18 • 28 Yanvar 2022
“Facebook” istifadəçilərə yoxa çıxan mesajların skrinşotları barədə xəbərdarlıq edəcək

“Facebook Messenger” istifadəçiləri qarşı tərəfin yoxa çıxan mesajın skrinşotunu çəkdiyi təqdirdə bildiriş alacaq.

Bu barədə cümə axşamı sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin rəhbəri Mark Zukerberq özünün “Facebook” səhifəsində yazıb.

O, əlavə edib ki, artıq bu çatlarda GIF-lərdən, stikerlərdən istifadə etmək və mesajlara reaksiyalar göndərmək də mümkün olacaq.

Qeyd edək ki, messencerdə yoxa çıxan mesajlar yalnız çarpaz şifrəli çatlarda mövcuddur. Mesajları yoxa çıxan etmək üçün gizli yazışmalara keçid etmək lazımdır.

Mənbə: TASS

Xəbər lenti