Xəzər Xəbər

Robotlarla bağlı yeni kəşf: Sirr bütün dünyadan gizlədilir

Texnologiya | 10:33 • 7 Dekabr 2021
Robotlarla bağlı yeni kəşf: Sirr bütün dünyadan gizlədilir

İngiltərədə bir texnologiya şirkəti insana ən çox bənzəyən robot istehsal edib. Şirkət üz ifadələri və bədən hərəkətləri ilə insanı ən yaxşı şəkildə təqlid edən robotun bəzi xüsusiyyətlərini bütün dünyadan gizli saxlayır.

Robot ilk dəfə 2022-ci ildə ABŞ-da keçiriləcək texnologiya sərgisində nümayiş olunacaq.

Texnologiya dünyası yeni istehsal edilən robotları maraqla izləyir. Ancaq robotlarla bağlı ən əhəmiyyətli gəlişmələrdən biri İngiltərədə baş verib. Bir texnologiya şirkəti tərəfindən hazırlanan Ameka adlı robot üz ifadələri və bədən hərəkətləri ilə insanları ən yaxşı təqlid edən robot olaraq təqdim edilib. Amekanın jestləri və mimikalarının kifayət qədər real olması diqqət çəkib.

O, əmr verilmədən hərəkət edə bilmir, amma real bədən hərəkətləri edə bilir. İnsan kimi təəccüblənir, gülür, öz hərəkətlərini diqqətlə incələyir.

Bəzi xüsusiyyətləri açıqlanmayan Amekanın indiyə qədər ən real insanabənzər robot olduğu iddia olunur. Robot ilk dəfə 2022-ci ildə ABŞ-da keçiriləcək texnologiya sərgisində nümayiş etdiriləcək./Teleqraf.com

Xəbər lenti