Xəzər Xəbər

İynələr TARİXƏ QOVUŞUR: 3D çap peyvəndi hazırlandı

Texnologiya | 10:03 • 7 Dekabr 2021
İynələr TARİXƏ QOVUŞUR: 3D çap peyvəndi hazırlandı

ABŞ-ın qabaqcıl universitetlərindən olan Stanford və Şimali Karolina Universitetinin (UNC) alimləri 3D çap peyvəndi hazırladıqlarını açıqlayıblar.

Bu barədə "Haber 7" məlumat yayıb.

Bildirilir ki, alınmış 3D çap peyvəndini insanlar özlərinə müstəqil şəkildə tətbiq edə bilərlər və xüsusi saxlanmaya ehtiyac yoxdur.

"Bu texnologiyanı inkişaf etdirərək, lap aşağı dozalarda, ağrısız və qayğısız şəkildə peyvəndlərin daha sürətli qlobal inkişafının əsasını qoymağa çalışırıq", - deyə Professor Cozef M. DeSimone bildirib.

"Bizim yanaşma, performans və maliyə baxımından ən yaxşı mikroiynələri hazırlamaq üçün çox sayda dizayn hazırlamaq sərbəstliyi verir. Bu, həmçinin bizə mikroiynələrin 3D çapına icazə verir", - mikrobiologiya və immunologiya kafedrasının tədqiqatçısı Şaomin Tia əlavə edib.

3D texnikası ilə sarğıya bənzəyən nazik yamaq üzərinə çap oluna bilən peyvəndin yamaqdakı mikro iynələr sayəsində dəri altına keçə biləcək. Bununla da şprisə və iynəyə ehtiyac qalmayacaq.

Elm adamları deyiblər ki, 3D texnikası ilə tətbiq edilən peyvən ənənəvi iynə ilə vurulan peyvənddən daha çox qorunmanı təmin edə bilir. Qeyd ediblər ki, qrip, qızılca, hepatit və hətta COVID-19 üçün mikroiynə peyvənd yamaqları yaradılacaq./publika.az

Xəbər lenti