Xəzər Xəbər

İlon Mask "Apple" rəhbərinin Türkiyə ilə bağlı paylaşımını ələ saldı - Yüksək qiymətlərə belə diqqət çəkdi

Texnologiya | 13:56 • 23 Oktyabr 2021
İlon Mask "Apple" rəhbərinin Türkiyə ilə bağlı paylaşımını ələ saldı - Yüksək qiymətlərə belə diqqət çəkdi
"SpaceX” və "Tesla” şirkətlərinin rəhbəri İlon Maskın son şərhi gündəm olub.
 
İş adamı  "Apple” şirkətinin rəhbəri Tim Kukun "Twitter” hesabındakı paylaşımına reaksiya verib. Belə ki, Tim İstanbulun Bağdat küçəsində açılan yeni "Apple” mağazası ilə bağlı fikirlərini bölüşüb. "İstanbuldakı yeni mağazamızla tanış olun. Bu kütlənin bir parçası olduğumuza görə xoşbəxtik və müştəriləri yeni mağazaya dəvət etmək üçün səbrsizlənirik”, - deyə Tim qeyd edib.
 
"Apple” rəhbərinin paylaşımına qısa müddət ərzində minlərlə cavab gəlib, şərh yazanlardan biri də İlon Mask olub. O, "Apple”ın 199 lirəlik ekran təmizləyici parçasını nəzərdə tutaraq "Gəlin, "Apple” parçasını görün” cümləsindən istifadə edib.
 
Qeyd edək ki, "Apple” cihazlarının ekranlarını təmizləmək üçün hazırladığı microfiber təmizləyici parçasını 19 dollara (199 lirə) satışa çıxarıb./Sfera.az
 

Xəbər lenti