Xəzər Xəbər

"Tesla" avtomobillərində YENİ PROBLEM: Sükanın quruluşu qəzaya səbəb ola bilər

Texnologiya | 10:48 • 21 Sentyabr 2021
"Tesla" avtomobillərində YENİ PROBLEM: Sükanın quruluşu qəzaya səbəb ola bilər

Təhlükəsiz görünən amma adı tez-tez qəzalarda hallanan "Tesla" model avtomobillər ilə bağlı yeni araşdırmalar edilib.

Bu dəfə mütəxəssislər "Tesla Model S" avtomobilinin yeni versiyasını sınaqdan keçiriblər.

"Rokçu" adlandırılan sükanın adi bir sürücü üçün qeyri-adi olduğu və qəzaya səbəb ola biləcəyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, kəskin bir dönmə əməliyyatı zamanı, sürücü sükanı yan tərəfə bükmək məcburiyyətidə qalır. Bu hərəkət zamanı da çiyinə əlavə güc düşür. Mütəxəssislər tıxacda idarəetmə zamanı, sürücünün əllərini qoyacaq heç bir yer olmadığını da qeyd ediblər.

Bu səbəbdən də əllər və qollar daim gərgin vəziyyətdədir. Hesabatın müəllifləri "Tesla"dan avtomobillərində sükan çarxına dəyişikliyi izah etmələrini istəsələr də, hələ də bu barədə cavab ala bilməyiblər./ Metbuat.az

Xəbər lenti