Xəzər Xəbər

Çinin sərnişin təyyarəsinin ilk partiyasının son yığım prosesi başlayıb

Texnologiya | 17:17 • 15 Sentyabr 2021
Çinin sərnişin təyyarəsinin ilk partiyasının son yığım prosesi başlayıb

Çin mühəndislərinin layihələndirdiyi dar füzelyaja malik “C919” sərnişin təyyarəsinin ilk partiyasının son yığım prosesi başlayıb.

Bu barədə Çin Mülki Aviasiya Administrasiyası açıqlama yayıb.

Çinin ilk sərnişin təyyarəsi olan “C919” seriyasından ilk 5 təyyarə ilin sonunadək istifadə üçün sifarişçi şirkətə - “Çin Şərq Hava Yolları”na təqdim olunacaq.

Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsal etdiyi “C919” təyyarələrinin ilk sınağı 2017-ci ildə keçirilib. Bundan sonra daha 3 sınaq uçuşu, habelə statik testlər və yerüstü yoxlama testləri baş tutub.

Qeyd edək ki, “C919” tipli ilk sərnişin təyyarəsinin istehsalı 2015-ci ilin noyabrında yekunlaşıb. Standart uçuş məsafəsi 4075 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur. İki mühərrikli təyyarə göyərtəsində 158 sərnişin daşıya biləcək. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon ABŞ dollarına başa gəlir ki, bu da “Boeing-737” və “Airbus A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur. (AZƏRTAC)

Xəbər lenti