Xəzər Xəbər

“Twitter”də yeni funksiya istifadəyə veriləcək

Texnologiya | 17:55 • 9 Sentyabr 2021
“Twitter”də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir.

Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauzer versiyasında, abunəçinin adının yanındakı menyuda mümkün olacaq.

Eyni zamanda, "Twitter" istifadəçilərə hesab sahibinin ondan abunəlikdən çıxdığını bildirməyəcək və onlar istəsələr yenidən abunə ola bilərlər.

Bundan əvvəl "Twitter" izləyicilərini yalnız bloklamağa icazə verirdi.

Xəbər lenti