Xəzər Xəbər

İT mütəxəssislərinə olan tələbat kəskin artıb

Texnologiya | 09:15 • 10 Avqust 2021
İT mütəxəssislərinə olan tələbat kəskin artıb

Pandemiya zamanı ev ofisində iş rejiminin populyarlığı, bu fəaliyyət növünün ənənəvi xarakteri haqqında bir çox təsəvvürləri yox edir.

Son tədqiqatlar bunun bir çox tanınmış şirkətlərin mütəxəssisin xaricə fiziki köçürülməsi ilə müşayiət olunan muzdlu işçilərin işə götürülməsinin ixtisarına səbəb olduğunu göstərib. Məsələn, daimi məsafədən iş rejimi imkanını elan edən “Microsoft”, “Facebook” və “Twitter” kimi şirkətlər “distant” iş qüvvəsi uğrunda rəqabəti tarixi maksimuma çatdırdılar.

Macarıstan da bu baxımdan istisna deyil. Bu proseslər nəticəsində bu ölkədə İT mütəxəssislərinə tələbat da kəskin şəkildə artıb. index.hu nəşrində qeyd edilir ki, bu gün ən çox tələb olunan və geniş yayılmış proqramlaşdırma dilindən istifadə edə biləcək baş mütəxəssisin əmək haqqına olan tələbat, koronavirusdan bir il əvvəl olduğundan daha yüksəkdir. (AZƏRTAC)

Xəbər lenti