Xəzər Xəbər

"Google" Azərbaycanda populyarlığını saxlayır

Texnologiya | 09:42 • 4 May 2021
"Google" Azərbaycanda populyarlığını saxlayır

2021-ci ilin aprelində Azərbaycanın axtarış sistemi bazarında 95,57 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Bu barədə “Global Stats” statistika mərkəzi məlumat verir.

Mart ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,38 faiz azalıb.

Hesabat dövründə "Yandeks.Poisk" axtarış sisteminin payı 0,37 faiz azalaraq 2,62 faiz təşkil edib.

"Yandex" axtarış sisteminin payı isə 0,01 faiz azalaraq 0,7 faizə bərabər olub.

Azərbaycanın axtarış sistemi bazarında 0,56 faiz digər axtarış sistemlərinin payına düşüb./Trend

Xəbər lenti