Xəzər Xəbər

Qarabağda ermənilərə ağır zərbə vuran PUA-ların ümumi sayı məlum olub

Texnologiya | 16:45 • 20 Aprel 2021
Qarabağda ermənilərə ağır zərbə vuran PUA-ların ümumi sayı məlum olub

Türkiyədə istehsal olunan yerli silahlı pilotsuz uçuş aparatlarının (SİHA) sayı açıqlanıb. 

Xezerxeber.az "Haber7" saytına istinadən xəbər verir ki, hazırda Türkiyədə silahlı pilotsuz uçuş aparatları sinfinə aid "Bayraktar-TB2" və ANKA PUA-larının sayı 140-ı keçib. 

Həmin PUA-lar hazırda Türkiyə Ordusu və təhlükəsizlik orqanlarının arsenalında yer alır. 

Bundan başqa, 500-ə yaxın kamikadze "KARGU", 200-dən çox mini və 1500-dən artıq "Serçe" dronları təhlükəsizlik xidməti orqanları tərəfindən istifadə edilir.

Məlumata görə, testləri uğurla keçən və bu il arsenala daxil olması gözlənilən "Akıncı Taarruz" pilotsuz hücum aparatı (TİHA) isə üstün özəlliklərilə milli ordunun gücünə güc qatacaq. 

Qeyd edək ki, Türkiyə, Ukrayna, Qətər və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan sözügedən PUA-ların ümumi sayı isə 160 ədəddir. 

Xəbər lenti