Xəzər Xəbər

Cinayətkarları yaxalayan “ağıllı eynək” - FOTO

Texnologiya | 09:28 • 14 Mart 2018
Cinayətkarları yaxalayan “ağıllı eynək” -

Çin polisləri cinayətkarları tutmaq üçün "ağıllı” eynəklərdən istifadə edirlər.


Xezerxeber.az məlumat verir ki, bu eynəklər vasitəsilə şəkil, video çəkmək və digər funksiyaları yerinə yetirmək mümkündür. Eynəyin başlıca funksiyalarından biri də insanların sənədlərinin yoxlanılması məqsədilə üzdən tanınması texnologiyasıdır. Belə ki, eynəkdən gələn informasiya "Android” sistemi ilə işləyən smartfona bənzər qurğuya ötürülür.


Maraqlıdır ki, bir ay ərzində bu eynəklərin köməyi ilə saxta sənəd gəzdirən 26 nəfər aşkarlanıb, axtarışda olan 7 cani tutulub.

Xəbər lenti