Dünyanın ən tutumlu bərkcisimli toplayıcısı nümayiş olunub.
Toplayıcı "Samsung”
şirkəti tərəfindən hazırlanıb. Diskin tutumu 30,72 terabayt təşkil
edir. 2,5 düymlü standart "kompüter” form-faktoruna aid qurğuya
"Full HD” keyfiyyətli 5700-dən çox film yazmaq mümkündür.
Yeni qurğu adi istifadəçilər üçün nəzərəd tutulmayıb. Bu xüsusilə,
mexaniki disklərdən daha bərkcisimli, sürətli və səssiz disklərə
keçmək istəyən korporativ müştərilər üçün hazırlanıb. Şirkət
nümayəndələrinin sözlərinə görə, "PM1643” modeli 1 terabayt tutumlu
"NAND” tipli 32 fləş-yaddaş paketindən ibarətdir. Onların hər biri
512 terabayt tutumlu 16 qatlı "V-NAND” çiplərini özündə
birləşdirir.
İlkin məlumatlarda supertutumlu diskin "Samsung” şirkəti tərəfindən
2016-cı ilin martında hazırlanan 16 terabaytlıq toplayıcıdan 2 dəfə
daha çox tutumlu olduğu qeyd olunub.
"SAS” (Serial Attached SCSI) interfeysinə malik "Samsung”
şirkətinin yeni "SSD” toplayıcısı ardıcıl oxunuşda saniyədə 2,1 min
meqabayt, yazılmada 1,7 min meqabayt sürət nümayiş etdirir.
Müqayisə üçün qeyd edək ki, adi "SATA” interfeysli "SSD”
toplayıcısında bu göstəricilər təxminən 550 Mbayt/saniyə təşkil
edir.
"PM1643” bərkcisimli toplayıcı modelinin satışa çıxarılma müddəti
və qiyməti barədə məlumat verilmir./publika.az