Xəzər Xəbər

“Apple” 1 milyard dollarlıq fond yaratdı

Texnologiya | 16:47 • 4 May 2017
“Apple” 1 milyard dollarlıq fond yaratdı

"Apple” korporasiyası 1 milyard dollarlıq fond yaradaraq texnoloji baxımdan mürəkkəb istehsalat yaratmış ABŞ şirkətlərinə yatırım etmək fikrindədir.

İKT.lent.az-ın "Reuters”ə istinadən verdiyi məlumata görə, bunu "Apple”ın baş direktoru Tim Kuk deyib. O bildirib ki, bununla "Apple” yeni iş yerləri yaradılmasına töhfə vermək istəyir. Fondun vəsaitlərinin yönəldiləcəyi ilk şirkət bu ay açıqlanacaq.

T. Kuk korporasiyanın təhsil proqramlarını, məsələn, proqramlaşdırma və ya proqram əlavələri yaradılmasını da maliyyələşdirəcəyini, bu barədə yayda ətraflı məlumat verəcəklərini söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "Apple”ı Çində istehsalat yaratdığına görə tənqid edib. T. Kuk isə ABŞ daxilində 2 milyon iş yeri yaratdıqlarını açıqlayıb. Bunun 80 mini bilavasitə korporasiyanın tərkibində, digərləri isə əməkdaşlıq edilən qurumlardadır.

Xəbər lenti