Xəzər Xəbər

Biometrik pul kisələri tətbiq ediləcək

Texnologiya | 10:23 • 22 Aprel 2017
Biometrik pul kisələri tətbiq ediləcək

2020-cu ildə Hindistan hakimiyyəti kredit və debet kartlarından imtina etmək və əvəzində biometrik pul kisələri tətbiq etmək niyyətindədir.


AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, ölkə əhalisi əsasən nağdsız hesablaşmaya üstünlük verir. Hindistan o ölkələrdəndir ki, tranzaksiyanın 90 faizini nağd vəsaitlər təşkil edir. Hakimiyyətdən bildiriblər ki, indi vəziyyət tamamilə dəyişib.


"Biz 2020-ci ilin sonunadək plastik kartlardan tamamilə imtina edərək biometrik ödənişlərə keçməyi nəzərdə tuturuq", - deyə dövlət strateji institutunun rəhbəri Amitabx Kant qeyd edib. O, bəşər tarixində ən böyük texnoloji layihə tətbiq etməyi planlaşdırır.


Kant iddia edir ki, onun ölkəsi 2020-ci ilə bankomatlardan və kredit kartlarının istifadə etmək zərurətindən tamamilə xilas ola bilər.

Xəbər lenti

Çox oxunanlar