Xəzər Xəbər

Renka ÜSYAN ETDİ: “Boşanmışam, özümə “stop” qoymalıyam?“

Şou Biznes | 13:01 • 4 Avqust 2022
Renka ÜSYAN ETDİ: “Boşanmışam, özümə “stop” qoymalıyam?“

Rəqqasə Renka sosial şəbəkə paylaşımı ilə bütün diqqətləri üzərinə toplayıb.

XəzərXəbər xəbər verir ki, o instaqram səhifəsində boşanmış xanımların subay bəylərlə ailə qurmasından danışıb. Renka bu münasibətə birmənalı baxılmadığını, boşanan qadınlara cəmiyyətdə xor baxılmasından danışıb:

"O vaxt uşaqlarımın atası ilə ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağol ki, mənə belə gözəl balalar verdin. Qaldı ki,  Azərbaycanda boşanmış qadın dəhşətdir. Bir uşaqla səni alan kimdir? Sənə yiyə duran kimidir? Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim utanmır, övladı var ərə gedir.

Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə "stop" qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş istəyirəm, evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm.

Yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu. Niyə axı, niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?".

Xəbər lenti