Xəzər Xəbər

Nəsrini yenə eyni aqibət gözləyir

Şou Biznes | 12:53 • 30 Aprel 2022
Nəsrini yenə eyni aqibət gözləyir
Final etməyə hazırlaşan "Üç kuruş" serialına gözlənilməz ayrılıq yaşanacaq.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rollardan birinə həyat verən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə layihədən erkən ayrılacaq. Onun öldürülərək serialla vidalaşacağı deyilir.

Xatırladaq ki, Nəsrin layihədə "Bahar" obrazına həyat verirdi. O, bundan əvvəl "Yasak elma" adlı serialdan da erkən ayrılmışdı. Bu səbəbdən ekran işinin ssenarisində dəyişiklik etmək məcburiyyətində qalmışdılar. 

Qeyd edək ki, serialın digər baş rollarını Uraz Kayqılaroğlu və Ekin Koç canlandırır. 

Xəbər lenti