Xəzər Xəbər

Sevgilisi Ebru Gündeşə görə arvadını boşayır

Şou Biznes | 12:37 • 5 Aprel 2022
Sevgilisi Ebru Gündeşə görə arvadını boşayır

Türkiyəli məşhur müğənni Ebru Gündeş evli iş adamı Murat Özdemirlə sevgilidir.

Özdemirin Ebru Gündeşə görə həyat yoldaşı Selin Kabaklını boşamaq istədiyi məlum olub.

İddiaya görə, iş adamı arvadından boşanmaq üçün məhkəməyə müraciət edib və razılaşmalı boşanmaya razılıq verməsi üçün ona təzyiq göstərir.

Selin Kabaklı özü bu barədə “Takvim”ə danışaraq hər şeyi etiraf edib. Onun sözlərinə görə, Murat Özdemir Ebru Gündeşə görə ona boşanmaqla bağlı təzyiq edib və artıq lazımi sənədləri imzaladıb.

Xəbər lenti