Xəzər Xəbər

Məşhur aktrisa filmdən sərvət qazandı

Şou Biznes | 15:09 • 4 Aprel 2022
Məşhur aktrisa filmdən sərvət qazandı

Farah Zeynəb Abdullahın baş rolda oynadığı “Bergen” filmi ona 40 milyon qazandırıb. 

Filmi indiyə qədər 4 milyon 868 min 250 nəfər izləyib və 142 milyon 836 min 200 lirə gəlir əldə edib. Layihədə həm baş rolda çəkilən, həm də ortaq prodüser olan Farah Zeynəb Abdulların qazancının 40 milyon lira olduğu iddia edilir. 

Qeyd edək ki, film Türkiyənin çox sevilən arabesk müğənnisi olan Bergenin həyatındakı bütün çətinliklərə baxmayaraq, ayaqda qalmaq üçün apardığı mübarizəsindən danışır. Mersində 7 uşaqlı ailədə anadan olan Bergenin həyatı ana və atası boşanandan sonra tam dəyişir. Güclü səsi olan Bergen anası ilə Ankarada yaşadığı zamanda prestijli məkanlardan birində kəşf olunması ilə bir ulduzu çevrilir. Əsas hadisələr də bundan sonra başlayır, əvvəlcə sevgilisi tərəfindən üzü yandırılır, daha sonra öldürülür. 

Xatırladaq ki, layihənin yaradıcı heyəti, o cümlədən Farah Zeynəb Abdullah filmin Bakıda keçirilən qala gecəsində iştirak etmişdilər./publika.az

 

Xəbər lenti