Xəzər Xəbər

Azərbaycan təmsilçisinin “Avroviziya-2022”də ifa edəcəyi mahnı seçilib

Şou Biznes | 09:20 • 7 Mart 2022
Azərbaycan təmsilçisinin “Avroviziya-2022”də ifa edəcəyi mahnı seçilib

Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkəmizi yarışmada təmsil edəcək Nadir Rüstəmli bildirib.

Onun sözlərinə görə, mahnının adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da təşkil olunacaq.

Xəbər lenti