Xəzər Xəbər

Maykl Ceksonun malikanəsi satılır

Şou Biznes | 12:12 • 5 Mart 2022
Maykl Ceksonun malikanəsi satılır

ABŞ-ın Las-Veqas şəhərində müğənni Maykl Ceksonun icarə əsasında yaşadığı malikanə satışa çıxarılıb.

Obyekt 9,5 milyon dollar dəyərində qiymətləndirilib.

Cekson 2006-cı ildə onu icarəyə götürüb və bir il orada yaşayıb. O, yaşayış üçün ayda 50 min dollar ödəyib.

Ev hazırda təqaüdçü həkim Donq Xue və onun həyat yoldaşına məxsusdur. Onlar evi 2010-cu ildə 3,1 milyon dollara alıblar.

2400 kvadratmetrlik malikanə bal zalı, yay mətbəxi, veranda, tennis kortu, hovuz və spa sahəsi ilə təchiz edilib.

Mənbə: lenta.ru

Xəbər lenti