Xəzər Xəbər

Ancelina Coli Ukrayna xalqına dəstək verdi

Şou Biznes | 15:21 • 25 Fevral 2022
Ancelina Coli Ukrayna xalqına dəstək verdi

Məşhur aktrisa Ancelina Coli Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım edib.

Aktrisa “Instagram” hesabında Ukrayna xalqına dəstəyini ifadə edib.

“Bir çoxlarımız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı həmkarlarım və mən bütün diqqətimizi regionda məcburi köçkünlərin və qaçqınların müdafiəsi və əsas insan hüquqlarının təmin edilməsi üçün əlimizdən gələni etməyə cəmləşdirmişik”, - deyə o bildirib.

Mənbə: Segodnya.ua

Xəbər lenti