Xəzər Xəbər

Britni Spirs 15 milyon dollar qarşılığında avtobioqrafik kitab yazacaq

Şou Biznes | 17:13 • 23 Fevral 2022
Britni Spirs 15 milyon dollar qarşılığında avtobioqrafik kitab yazacaq

Amerikalı pop ulduz Britni Spirs özü haqqında kitab yayımlayacaq.
 
İfaçı "Simon Schuster” nəşri ilə müqavilə imzalayıb. Belə ki, o, sözügedən kitabda valideynlərinin himayəsində keçirdiyi illərdən, atası Ceymi Spirsə qarşı apardığı qəyyumluq mübarizəsindən ibarət xatirələrini qeyd edəcək. Məlumata görə, Spirs bunun qarşılığında 15 milyon dollar alacaq.

Xatırladaq ki, Britni Spirs onun həyatından bəhs edən "Things I should have said" adlı kitabı yazan bacısı Lini bu yolla pul qazanmaqda və ona 11 ildir davam edən qəyyumluq mübarizəsində dəstək olmamaqda ittiham edib./Sfera.az

Xəbər lenti