Xəzər Xəbər

Məşhur türkiyəli cütlük Londona köçdü

Şou Biznes | 14:46 • 26 Yanvar 2022
Məşhur türkiyəli cütlük Londona köçdü

Türkiyənin məşhur aktyor cütlüyü Halit Ergenç və Bergüzar Korel Londonda ev alıblar və artıq bundan sonra Türkiyədə layihələri olmadığı müddətdə ancaq krallıq paytaxtında yaşayacaqlar.

Türkiyə mətbuatı xəbər verir ki, məşhur cütlüyün bir müddət gündəmdə olmaması da onların ev axtarışı ilə bağlı London şəhərinə yerləşməsi ilə əlaqədar olub.

Ulduz cütlüyün Londonda hansı ünvanda yaşayacaqları barədə əlavə heç bir məlumat verilmir./azxəbər

Xəbər lenti