Xəzər Xəbər

Aras “Çukur”dan sonra yeni seriala çəkilir

Şou Biznes | 12:47 • 10 Dekabr 2021
Aras “Çukur”dan sonra yeni seriala çəkilir
Türkiyəli aktyor Aras Bulut İynemlinin çəkiləcəyi yeni serial bəlli olub.
 
XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor artıq 6 bölümü geridə qalmış "Üç kuruş”da yer alacaq.
 
Məlumata görə, 31 yaşlı sənətçi serialda Aslıhan Malbroanın canlandırdığı Leyla obrazının keçmiş sevgilisi kimi çıxış edəcək.
 
Məşhur aktyorun 10-cu seriadan "Üç kuruş”da görünəcəyi, 3 və ya 4 bölüm rol alacağı bildirilir.
 
Qeyd edək ki, Aras Bulut İynemli son olaraq "Çukur” serialının baş qəhrəmanı olub.

Xəbər lenti