Xəzər Xəbər

img Müğənni Eltonun inanılmaz toy qiymətləri - BİR EV ALMAQ OLAR

Şou Biznes | 14:42 • 13 Dekabr 2021
img Müğənni Eltonun inanılmaz toy qiymətləri - BİR EV ALMAQ OLAR

Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl uzun fasilədən sonra Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edərək, "Buralar üçün lap darıxmışdım" şərhini yazıb.

XəzərXəbər-in axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi toy qiymətlərini daha da bahalaşdırıb. Elton Rusiyada bir məclisi idarə etmək üçün 25 min dollar (təxminən 42 500 manat) tələb edib. Bu qiymətə onun təyyarə bileti və qalmaq pulu da daxildir.

Hazırda sənətçinin bütün işlərini özü edən həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva xəbəri təsdiqləyərək bunları əlavə edib:

"Əgər ansambılla gedirsə 25 min dollar istəyir. Bura bütün musiqiçilərin də biletpulu daxildir. Əgər Elton tək gedirsə onda qiymət 20 min dollardır. Elton Bakıda toya ansambılla birlikdə 15 min manata gedir".

Tamilla E.Hüseynəliyevin Rusiyaya girişinə qadağa qoyulması haqda şayiələrə də münasibət bildirib:

"8 il əvvəl bir dəfə Rusiyaya bilet alınanda geri qayıtdı ki, cəriməmiz var. ödədik və yenidən bilet aldıq. Amma son vaxtlar belə hadisə olmayıb. Elton pandemiyaya görə Rusiyaya getmirdi. Eyni zamanda toy qiymətini artırıb, o pulu ödəməyəndə razılıq vermirik. Bu qiymət də bir çoxlarına sərf etmir".

Xəbər lenti